backend

On dörd məhbus çörəkdən zəhərlənərək öldü

Konkret.az Tacikistanın informasiya agentliklərinə istinadən xəbər verir ki, Duşənbə və Nurek şəhərlərindən məhkum edilmiş 120 kişi və 8 qadın cəzalarının qalan hissəsini çəkmək üçün üç maşınla ölkənin cənubundakı Xudcan və İstaravşan şəhərlərinə göndərilib. Düşənbəyə yaxın Varzob rayonunun Mayxura adlı qəsəbəsində məhkumlardan biri üç çörəyi 16 məhkumun arasında bölüşdürüb. İlk yarım saatdan sonra 16 məhbusda ürək bulanması, başgicəllənmə və qusma əlamətləri başlayıb və hamısı zəhərlənmədən huşlarını itirib. Həkimlər yalnız iki məhkumun həyatını xilas edə bilib. Baş prokurorluq 14 məhbusun ölümünə səbəb olan zəhərlənmə faktı ilə əlaqədar cinayət işi açıb və xüsusi istintaq qrupu yaradılıb. Məhkəmə ekspertizası təyin edilib, cinayət işinin istintaqı Tacikistan Baş prokuroru Yusuf Rəhmonun nəzarətindədir. İlkin versiyaya görə, məhbusların ölməsinə səbəb çörəkdə yaranmış zəhərli toksiklərlə zəngin göbələkdir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*