“Onlar burada deyil”: Sudan ölkədə rus muzdlularının olmasını inkar edirbackend

Onlar burada deyil”: Sudan ölkədə rus muzdlularının olmasını inkar edir

Sudan ölkədə rus muzdlularının olmasını inkar edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Middle East Eye” məlumat yayıb.

Məlumatda bildirilib ki, Sudan hökumətinin başçısı ölkədə rusiyalı və hər hansı digər muzdluların olmasını inkar edib.

Qeyd edək ki, bir gün əvvəl sudanlı general Əbdül Fəttah əl-Burhan da eyni şeyi deyib. Bununla da hökumət və ordu “Vaqner Qrupu”nun qızıl və brilyant qaçaqmalçılığı ilə məşğul olduğuna dair xəbərləri təkzib edib.

Ehtimal olunur ki, vaqnerçilər əvvəllər ələ keçirilən qızıl hasilatı müəssisələrində faydalı qazıntıların çıxarılması ilə məşğul olub.

“New York Times”in yazdığına görə, bu, ABŞ rəsmilərini narahat edir. Onlar hesab edirlər ki, qızıl və brilyant sanksiyalardan ağır zərbə alan Rusiyaya qaçaqmalçılıq yolu ilə ölkənin qızıl ehtiyatlarını artırmaq üçün gətirilə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*