Onlar sevgilidirlər? – Baskov Kirkorovun gözlənilməz təklifindən DANIŞDIbackend

Onlar sevgilidirlər? - Baskov Kirkorovun gözlənilməz təklifindən DANIŞDI

Baskov Kirkorovun gözlənilməz təklifindən danışıb.

KONKRET.az rus mediasına istinadla xəbər verir ki, Rusiyanın məşhur müğənniləri Filip Kirkorov və Nikolay Baskovun sevgili olmaları barədə şayiələr yayılıb.

Müğənnilər uzun illərdir ki, dostdurlar. Hətta konsertlərdə də bir-birlərinə qarşı isti hisslərini gizlətmirlər. Bu da onların sevgi macəraları ilə bağlı pərəstişkarlarında şübhə yaradır.

Rusiya telekanallarının birində Baskov hətta Kirkorovun ona gözlənilməz təklif etdiyini bildirib. Onun sözlərinə görə, Kirkorov onların bir-birinin yanında dəfn edilməsini istəyib.

“Kirkorov mənə zəng etdi və bizi bir-birimizin yanında dəfn etməyi təklif etdi. O, bunu ona görə istəyir ki, fanatlar  hər ikimizin məzarına eyni anda gəlsinlər”, – Baskov deyib.

Fanatların onlarla münasibətdə şübhələndiyini bilən Baskov özünə haqq qazandırmağa tələsib. O bildirib ki, bu, sadəcə olaraq, Kirkorovun şıltaqlığıdır.

Xatırladaq ki, daha əvvəl rusiyalı bloger Rüstəm Solntsev Nikolay Baskovun şəxsi həyatı ilə bağlı bütün məlumatları “sızdırmaq” qərarına gəlib. Rusiya mətbuatına verdiyi şərhdə o, Baskovun həvəsli homoseksual olduğunu və qadınlarla münasibətləri haqqında həyasızcasına yalan danışdığını bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*