Ordumuzun hərbi tibb personalı Kahramanmaraşdadır – FOTObackend

Ordumuzun hərbi tibb personalı Kahramanmaraşdadır - FOTO

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı  Kahramanmaraşda fəaliyyətə başlayıb.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Hərbi həkimlərimiz səhra hospitalında Türkiyənin Səhiyyə Nazirliyinin əməkdaşları ilə koordinasiyalı şəkildə zəlzələ nəticəsində xəsarət alanların qəbulu, qeydiyyatı, çeşidlənməsi, əməliyyat olunması və aidiyyəti üzrə digər tibb müəssisələrinə göndərilməsi işlərində fəal iştirak edir.

Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunub.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*