Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildiriblər.
Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub. Hadisənin səbəbləri araşdırılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
