“Oskar” mükafatlı rejissor SAXLANILDIbackend

Oskar” mükafatlı rejissor SAXLANILDI

“Oskar” mükafatı laureatı kinorejissor Pol Haqqis saxlanılıb.

KONKRET.az “CNN”ə istinadən xəbər verir ki, 69 yaşlı Kanada əsilli rejissor və ssenarist İtaliyanın cənubundakı turizm şəhəri Ostunidə cinsi təcavüz və ağır yaralama ittihamları ilə saxlanılıb.

Haqqisin İtaliyadakı vəkili Mikel Laforcia mətbuata açıqlamasında faktı təsdiqləyib: “Pol Haqqis hazırda Ostunidə, prokurorun əmri ilə ev həbsindədir. İlkin araşdırmalar və faktlarla bağlı öz versiyamızı təqdim etmək üçün hakim tərəfindən çağırılmağı gözləyirik”.

İttihama görə, rejissor bir əcnəbi qadına iki gün ərzində cinsi təcavüz edib, daha sonra onu pis fiziki və psixoloji vəziyyətdə Brindizi hava limanında yola atıb. Aeroport əməkdaşları və dövlət sərhədçiləri qadına yardım göstərərək onu xəstəxanaya yerləşdiriblər. Daha sonra qadın polisə şikayət edib, nəticədə Haqqis saxlanılıb.

Pol Haqqis vəkili vasitəsilə mətbuata açıqlama ilə çıxış edib. O, günahsız olduğunu və məsələnin təcili olaraq ciddi araşdırılmasını tələb edib.

Qeyd olunur ki, 2017-ci ildə də rejissora qarşı cinsi təcavüzlə bağlı ittiham irəli sürülüb.

Xatırladaq ki, P. Haqqis “Toqquşma” (2004) və “Milyon dollarlıq gözəlçə” (2004) filmlərinə görə “Oskar” mükafatına layiq görülüb.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*