Ötən gün Cəbrayılda minaya düşən şəxsin sol ayağı amputasiya edildibackend

Ötən gün Cəbrayılda minaya düşən şəxsin sol ayağı amputasiya edildi

TƏBİB Cəbrayılda minaya düşən ANAMA əməkdaşının vəziyyətini açıqlayıb.

KONKRET.az xəbər verir ki, qurumun məlumatına görə, aprelin 6-da saat 10:15 radələrində Cəbrayıl rayonu Mehdili kəndində baş verən partlayış nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü kişi xəsarət alıb.

Yaralı Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub, ona sol aşağı baldır oynağı və ayaq səviyyəsində travmatik amputasiya diaqnozu təyin edilib.

Məlumatda qeyd edilib ki, pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*