Ötən il Azərbaycanda 751 uşaq övladlığa verilibbackend

Ötən il Azərbaycanda 751 uşaq övladlığa verilib

2018-ci ildə Azərbaycanda 751 uşaq övladlığa verilib.

Konkret.az -ın xəbərinə görə, Dövlət Statistika Komitəsindən  bildirilib ki, onlardan 349-ı qız, 402-si oğlan olub.

Uşaqlardan 14-ü əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. Onlardan 4-ü qız, 10-u oğlan olub.

Övladlığa götürülməsi barədə qərarları ləğv edilən uşaqların sayı isə 67 nəfər olub. Onlardan da 25- i qız, 42-si oğlandır.

Qeyd edək ki, övladlığa götürülən uşaqlardan 200-ü 1 yaşa qədər, 315-i 1-5 yaş, 132-si 6-10 yaş, 104-ü isə 11-17 yaşında olub.

 

Redaktor.az-a

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*