backend

Ötən il qeydiyyatdan keçən saytların statistikası

Azərbaycanın milli domen zonasında (“.az”) 34 063 internet resursu qeydə alınıb.

KONKRET.AZ-ın WHOIS portalına istinadən verdiyi məlumata görə, 2019-cu il ərzində “.az” domenində qeydiyyatdan keçən saytların sayı 9,1% artıb.

Qeydə alınan saytların ümumi sayının 31 729-u birinci səviyyəli domen zonasına aiddir ki, bu da 2019-cu ilin əvvəlində olan göstəricini 17% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen “.com.az”dır. Bu domendə 1 320 sayt qeydiyyatdan keçib. Bu göstərici 2018-ci ilin göstəricisini 13,2% üstələyir.

Populyarlığına görə üçüncü yerdə “.edu.az” domeni qərarlaşıb. Bu domendə 459 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricindən 25% çoxdur.

Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:

Domen

Qeydiyyatdan keçən saytlar

pro.az

1

name.az

13

biz.az

22

pp.az

24

int.az

29

net.az

84

info.az

101

co.az

126

org.az

155

Qeyd edək ki, “.az” milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

APA-Economics

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*