Ötən il 4306 nəfər Rusiya vətəndaşlığından çıxmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə RBK Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinə istinadən məlumat yayıb.
Bildirilib ki, 2020-ci ildə 3877, keçən il isə 4055 nəfər vətəndaşlıqdan imtina edib.
Nazirlik 2020 və 2021-ci illərdəki göstəricilərə koronavirus məhdudiyyətlərinin təsir edə biləcəyini bildirib.
İqbal Rzayev,
KONKRET.az
