Ovannisyanın çıxışını kölgədə qoyan çökmüş erməni hərbçi… – FOTOLARbackend

Ovannisyanın çıxışını kölgədə qoyan çökmüş erməni hərbçi... - FOTOLAR

Ordumuzun torpaqlarımızı işğaldan azad etmək üçün sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində davamlı olaraq məğlubiyyətə uğrayan Ermənistan ordusu çöküş yaşayır.

KONKRET.az xəbər verir ki, bunu ötən gün erməni ictimaiyyəti qarşısına çıxan Ermənistanın MN-in rəsmisi Artsrun Ovannisyan da Azərbaycan Ordusunun Ermənistan Ordusundan hər cəhətdən üstün olduğu faktları sadalamaqla təsdiqləmiş oldu.

Lakin Ovannisyanın çıxışı zamanı ondan daha çox yaralı hərbçi kimi tanıtdığı şəxs diqqəti çəkdi.

MN rəsmisi hər nə qədər onu yaralı kimi təqdim etməyə çalışsa da, hərbçinin olduqca yorğun və bitkin halı diqqətdən yayınmadı. Yorğun, bezgin və bitkin hərbçinin konfransa gətirilərək “yenilməz” Ermənistan ordusunun siması kimi danışdırılması düşmən tərəfinin nə qədər rəzil durumda olduğunu bir daha əyani göstərmiş oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*