Ovsepyan Paşinyanı TƏHQİR ETDİ: “Baş tülkü tariximizi məhv edən sənədə imza atacaq”backend

Ovsepyan Paşinyanı TƏHQİR ETDİ: "Baş tülkü tariximizi məhv edən sənədə imza atacaq"

Erməni siyasətçi Paşinyanı “tülkü” adlandırıb.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, ictimai xadim Sofiya Ovsepyan sosial şəbəkə hesabında yazıb.

“Bu gün tülkü bizim tariximizi məhv edən sənədə imza atacaq. Görək, baş tülkü nə iş görüb?

Dünən Moskvaya getməzdən əvvəl o, parlamentə baş çəkdi və orada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi.

Sonra Tavuş (Göyçə mahalı), Vayots Dzor (Dərələyəz mahalı) bölgələrini, Qarabağı təslim edəcəyini təsdiqlədi.

Bizi qorxu içində saxlamaq üçün başqa bir mövzunu – Ermənistan Respublikasının kadastr sənədi ilə bağlı xəbəri informasiya sahəsinə atdı. Və bizə xəbərdarlıq etdi ki, əgər siz Qarabağın təslim olmasına qarşısınızsa, mən də Ermənistanı təslim edəcəyəm.

Bu, insanları qorxutmaq və onları evdə qalıb televizora baxmağa məcbur etmək üçün açıq-aşkar bir addımdır.

Biz bu gün kadastr sənədini və inəklərin 20 dərəcə istidə saxlanması məsələsini müzakirə edərkən, tülkü tariximizin məhvi ilə bağlı sənədə imza atacaq”, – deyə Ovsepyan Paşinyanı təhqir edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*