Oyun zamanı iki futbolçunu İLDIRIM VURDUbackend

Oyun zamanı iki futbolçunu İLDIRIM VURDU

Keniyada oyun zamanı iki futbolçunu ildırım vurub.

KONKRET.az xəbər verir ki, bu barədə “The Citizen Digital” qəzeti məlumat yayıb.

Bildirilib ki, ölkənin qərbindəki Kissi bölgəsində həftəsonu futbol matçı zamanı meydançaya ildırım düşüb.

Qeyd olunub ki, “Manyansi” – “Gianchore” futbol klublarının qarşılaşması zamanı baş verən hadisədə hər komandadan bir futbolçu həyatını itirib.

Xəsarət alan digər iki futbolçu isə Nyamira xəstəxanasına aparılıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*