Kral Salman bin Əbdüləziz oğlu Məhəmməd bin Salmanı Energetika naziri təyin edib. Konkret.az Virtualaz.org-a istinadən bildirir ki, şahzadə yeni vəzifəsində Xalid bin Abdel Əziz əl-Falehi əvəz edib. Məlumatda bildirilir ki, Məhəmməd bin Salman uzun müddət Səudiyyə Ərəbistanının OPEC-dəki nümayəndə heyətinin üzvü olub, neft sənayesində kifayət qədər təcrübəyə sahibdir.