Özbəkistan rəsmilərinə sosial şəbəkələrdə yalan və söyüş qadağan edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Repost.uz portalı ölkə hökumətinin fərmanına istinadən xəbər verir. Məlumatda bildirilir ki, Özbəkistan hakimiyyəti dövlət qulluqçularının sosial şəbəkələrdə söyüş söyməsinin qadağan edildiyi davranış qaydalarını təsdiqləyib.
Həmçinin vəzifəli şəxslərə başqalarının pulunu ezamiyyətdə xərcləmək, sosial şəbəkələrdə hakimiyyət tərəfindən aparılan islahatlara inamsızlıq yaradan materiallar yerləşdirmək, xidməti avtomobildən şəxsi məqsədlər üçün istifadə etmək qadağan edilib.
Bundan əlavə, “dövlət məmuru vicdanlı, təvazökar olmalı, ictimai qınaq obyektinə çevrilməməli, tənqid olunanda ona təzyiq edilməməlidir”. Qaydaların pozulmasına görə cəza olaraq intizam tənbehi, xəbərdarlıq və ya töhmət tətbiq edilə bilər.
Xuraman Etibarlı,
KONKRET.az
