Özbəkistanda dəbdəbəli toyların keçirilməsi qadağan olundu – ailə tədbirləri sərt şəkildə tənzimlənəcəkbackend

Özbəkistanda dəbdəbəli toyların keçirilməsi qadağan olundu - ailə tədbirləri sərt şəkildə tənzimlənəcək

Parlamentin yuxarı və aşağı palatalarının üzvlərinin birgə iclasında toy, yubiley və dəfn mərasimlərinin keçirilməsi qaydaları haqqında Əsasnamə qəbul edilib. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə müxbirinin verdiyi xəbərə görə, deputat və senatorların fikrincə, təntənəli toy və yubileylər, zənginliyi qabardan kütləvi dəfn mərasimləri digər insanların sosial vəziyyətinə etinasızlıq nümayişi idi. Son illər həddindən artıq israfçılıq, eləcə də xalqın adət və ənənələrinə məhəl qoymamaq kimi mənfi təzahürlərə və pisliklərə rast gəlinirdi. Bu kimi fenomenləri aradan qaldırmaq üçün əvvəllər ailə tədbirlərinin keçirilməsini tənzimləyən komissiyalar yaradıldı və bir sıra izahat və təbliğat tədbirləri keçirildi.

“Lakin araşdırmanın təhlili, həmçinin birbaşa ictimaiyyətlə dialoq və ictimaiyyət üzvlərinin müraciətləri göstərdi ki, bu sahədə hələ də bir sıra ciddi problemlər və çatışmazlıqlar var. Xüsusilə bəzi vətəndaşlar israfçı və möhtəşəm toy tədbirləri keçirdikdən sonra borc götürürlər”, – deyə Senatın mətbuat xidmətindən bildirilib.

Doğrudur, möhtəşəm ailə tədbirlərini qonşular və qohumlar ciddi tənqid edərək belə hallara yol verənlərə sərt ifadələr işlədirdi. Bununla yanaşı belə məsələlərə qarşı geniş ictimai qınaq var idi. Lakin bu kimi hadisələrin qarşısını almaq üçün qətiyyətli tədbirlərin görülməsinə ehtiyac yaranmışdı. Məqsəd ailədəki sosial və mənəvi mühiti sabitləşdirmək, cəmiyyətdə sosial ədaləti təmin etmək və əhali arasında, xüsusən də gənclər arasında bu ailə tədbirlərini ciddi şəkildə tənzimləməkdir.

Buna əsaslanaraq, toy, yubiley, dəfn mərasimləri və digər təntənəli tədbirlərin keçirilməsi qaydaları haqqında Əsasnamə təsdiq edilib. Onun tələblərinə riayət olunmasına nəzarət etmək Qaraqalpaqstan Respublikası Jokargi Kenesinə, xalq deputatlarının rayon və şəhər məclislərinə həvalə edilib.

Fadil PAŞAYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*