Özbəkistanda deputatlar karantinə alındıbackend

Özbəkistanda deputatlar karantinə alındı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan Parlamentinin aşağı palatası karantinə keçib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, koronavirusa görə komitə, fraksiya və palata komitələrinin iclasları dayandırılıb.

Bu barədə millət vəkili Doniyor Qaniyev yerli mətbuata verdiyi müsahibədə açıqlama verib.

Millət vəkili əlavə edib ki, parlament binasının girişində tibbi müayinə aparılıb və şəxsi gigiyena qaydalarına ciddi əməl olunması üçün şərait yaradılıb:

“Sərt karantin tədbirləri parlamentin aşağı palatasının fəaliyyətini dayandırması anlamına gəlmir. Hazırda parlamentdə bütün sənədlərin elektron mübadiləsi üçün şərait yaradan daxili elektron sistem mövcuddur”.

Deputatın sözlərinə görə, qanun layihələrinin müzakirəsi, qanunların icra hakimiyyəti tərəfindən icrasına nəzarət, vətəndaş müraciətlərinin qəbulu və işlənməsi də elektron formada aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*