“Özünə hörmət edən ölkə Minsk Qrupundan çıxar” – Fəzail Ağamalıbackend

“Özünə hörmət edən ölkə Minsk Qrupundan çıxar” - Fəzail Ağamalı

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə Azərbaycan Ordusu möhürünü vurdu. Ortada reallıq var. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni və bu qətnamələrə əsaslanan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin funksiyasını yerinə yetirdi. Bu halda Minsk Qrupuna hansı ehtiyac var?.

KONKRET.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Millət vəkili hesab edir ki, artıq özünə hörmət edən dövlət, reallıqları nəzərə alaraq Minsk Qrupundan çıxmalıdır:

“Məsələn, Fransa çıxmalıdır. Ancaq ortada başqa qüvvələr var. Mən hələ müharibədən əvvəl qeyd etmişdim ki, işğal olunan torpaqların azad edilməsində 2+2 formatı ciddi rol oynaya bilər. Türkiyə və Rusiya, eləcə də tərəf olan Azərbaycan və Ermənistan. İndi bu reallıqdır. Əlbəttə, indi Ermənistan Baş naziri Nikol Paşinyan sıxışdırılır, fərqli bəyanat və hərəkətlərə yol verir. Məsələn, bir neçə gün əvvəl Rusiya mediasına müsahibəsində deyib ki, Minsk Qrupunun tezliklə fəaliyyətini bərpa edəcəyinə ümid edir. Çünki mövqeləri Fransaya yaxındır. Belə format onların məqsədlərinə xidmət edir, bu səbəbdən belə ümidlərini dilə gətirir. Mən düşünmürəm ki, bundan sonra Minsk Qrupu fəaliyyətini bərpa edə bilsin. Ancaq orada dördüncü və ya beşinci dövlət deyirlər, ola bilsin ki, onlarda prosesə cəlb edilə bilsin. Türkiyə Minsk Qrupunun üzvüdür, sadəcə həmsədrlikdə yoxdur. Ola bilsin ki, Türkiyə bu prosesə cəlb edilsin, eləcə də neytral olan dövlətlərdən biri. Yəni erməninin yanında yer almayan dövlət burada yer ala bilər”.

Deputat İranında bu prosesə qoşula biləcəyini istisna etmir:

“Müharibə dövründə İranın mövqeyi bizim ümumi siyasətimizə və maraqlarımıza cavab verirdi. Bu mənada İran da qonşu ölkə kimi bu prosesə cəlb oluna bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*