“Özünüzü alçaldaraq ruslardan heç nə istəməyin” – Arşakyan ermənilərin İÇ ÜZÜNÜ AÇDIbackend

“Özünüzü alçaldaraq ruslardan heç nə istəməyin” – Arşakyan ermənilərin İÇ ÜZÜNÜ AÇDI

“Bəzi erməni vətəndaşlarında nə qədər şüursuz sadəlövhlük müşahidə etməli oluram. Görünür 30 illik müstəqillik Ermənistan vətəndaşlarına heç nə öyrətməyib. Sovet dövründə olduğu kimi hələ də bizə elə gəlir ki, problemlərimizi Moskvadakı “böyük adamlar” həll edə bilər. Bəzi ermənilərin ruslardan və konkret olaraq Putindən dəstək istəməsini başqa necə izah etmək mümkündür? İrəvanda hazırda bunu müşahidə edirik”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:

“Rusiya prezidentinin də iştirak etdiyi faydasız KTMT-nin sammiti keçirildi. Həmçinin Putinin gəlişi şərəfinə mitinq keçirən rusiyayönlü beşinci kolonun nümayəndələri həddindən artıq həyəcanlı görünürdülər. Bir dəstə Kreml agenti “Biz birlikdəyik!” plakatları ilə Qələbə körpüsünə toplaşdılar və “Xoş gəlmisiniz!” şüarını səsləndirdilər. Bununla da hər şey aydındır. Ermənistanı işğal etsələr, onlar  rus ordusunu da tost və alqışlarla qarşılayacaqlar. Kədərli məqam ondan ibarətdir ki, İrəvanda mitinq keçirən itkin və əsir düşən erməni hərbçilərin valideynləri də Putindən kömək gözləyirlər. Onlar “Ermənistan-Rusiya qardaşlığının məhvinə imkan verməyin”, “Vladimir Vladimiroviç, bizim oğlanların qaytarılmasına kömək edin” plakatları ilə Rusiya rəhbərliyindən köməklik xahiş ediblər. Eyni zamanda aksiya iştirakçıları qərbyönlü rejissor və siyasətçi Tiqran Xzmalyanla mübarizə aparıblar. Bu insanlar başa düşmək istəmirlər ki, onların övladlarının başına gələnlər Rusiyanın sui-qəsdinin nəticəsidir. Axı Moskva, Bakı və Ankara öz aralarında “Artsax”ı məhv etməyi razılaşdırıblar. Putin Paşinyanı itaətsizliyinə görə cəzalandırmaqda və onu güc yolu ilə Moskvanın təsir zonasında qalmağa məcbur etməkdə maraqlı idi. Bəlkə də Paşinyanı cəzalandırmaq istəyirdi, amma sonda bütün Ermənistanı, erməni xalqını cəzalandırdı” – Arşakyan vurğulayıb.

“Erməni hərbçilərin hələ də əsirlikdə olması da Paşinyanı cəzalandırmaqda davam edən və bu məsələdə Bakıya təzyiq göstərməyən Putinin günahıdır. Bircə onu deyə bilərəm ki, Rusiya bizim köməkçimiz deyil. Artıq ölkəmizin bütün vətəndaşları başa düşməlidirlər ki, Moskva Paşinyana təzyiq göstərmək üçün Ermənistana problem yaratmağa davam edəcək. Paşinyan isə Putinlə dirəşənə qədər problemlər daha da böyüyəcək. Ona görə də ermənilər özlərini aşağılayaraq  ruslardan heç nə istəməməlidir. İnanın ki, bizim bütün xahişlərimiz onlarda yalnız təbəssüm yaradır” – deyə erməni analitik fikirlərini tamamlayıb.

P.S. Tevos Arşakyanın məqaləsində ermənilərin nə qədər cılız və yaltaq millət olduğu bir daha sübuta yetirilir. Erməni müəllif öz xalqının əsl xislətini özü də bilmədən qələmə alır və ermənilərin iç üzünü ortaya qoyur. Bəli, bu gün əksər ermənilər öz xilaslarını hələ də Rusiyaya sığınmaqda görürlər. Düşünürlər ki, Kreml əvvəlki vaxtlarda olduğu kimi indi də Azərbaycana təzyiq göstərmək və rəsmi Bakını istənilən addıma məcbur etmək gücündədir. Ancaq bu gün Türkiyə-Azərbaycan tandemi regionda böyük gücə çevrilib. Odur ki, nə Rusiya, nə KTMT, nə də başqa qüvvələr Azərbaycanı geriyə addım atmağa məcbur edə bilməz. Ermənilər bunu nə qədər tez başa düşsələr və üzərlərinə götürdükləri öhdəlikləri nə qədər tez yerinə yetirsələr, bu, onların dövlət və millət kimi varlıqlarını qoruyub saxlamaqlarına imkan verər. Əks halda onsuz da parçalanmaq üzrə olan Ermənistan məhvə məhkumdur.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*