PA-da vəzifəli şəxs işdən çıxarıldı – FOTObackend

PA-da vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf işdən çıxarılıb.

Konkret.az  Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Rövşən Nəcəfin adı “Struktur” bölməsindən yığışdırılıb.

Xatırladaq ki, Rövşən Nəcəf ölkə başçısının sərəncamına əsasən, ötən ilin may ayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilmişdi.

Bu təyinatadək o, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olaraq işləyib.

Qeyd edək ki, Vergilər naziri Mikayıl Cabbarov Rövşən Nəcəfə  vəzifə verib.

Nazirin müvafiq əmri ilə, Rövşən Nəcəf Vergilər nazirliyinin Maliyyə Monitorinq Xidmətinin direktoru təyin edilib.

Qeyd edək ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 30 may 2019-cu il tarixli sərəncamı ilə yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*