Pakistan Silahlı Qüvvələri Azərbaycana növbəti dəfə dəstəyini ifadə etdibackend

Pakistan Silahlı Qüvvələri Azərbaycana növbəti dəfə dəstəyini ifadə etdi

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri, ordu generalı Nadim Raza ilə görüşüb.

KONKRET.az xəbər verir ki, Azərbaycanın Pakistandakı Səfirliyindən verilən məlumata görə, görüşdə regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Görüş zamanı Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (BQRK) sədri iki ölkə arasındakı qardaşlıq əlaqələrinin möhkəm təməllər üzərində qurulmasından bəhs edərək, Pakistan Silahlı Qüvvələrinin BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi qətnamələrə uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini tam dəstəklədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*