Pakistanda avtobusla yük maşını toqquşub, onlarla insan ölübbackend

Pakistanda avtobusla yük maşını toqquşub, onlarla insan ölüb

Pakistanın şərqindəki Pəncab əyalətində sərnişin avtobusu ilə benzin daşıyan yük maşınının toqquşması nəticəsində 20 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, avtobus Pəncab əyalətinin inzibati mərkəzi Lahordan Sind əyalətinin mərkəzi Kəraçiyə gedərkən Pəncabın Cəlalpur-Pirvala rayonunda magistral yolda yanacaq daşıyan yük maşını ilə toqquşub, nəticədə güclü yanğın baş verib. Hadisə zamanı avtobusun 18 sərnişini həlak olub.

Əraziyə yol polisi və xilasedicilər gəlib. Yaralılardan 8-i yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan ikisi həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Xilasedicilərin verdiyi məlumata görə, avtobusda sürücü, konduktor və 24 sərnişin olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*