Pakistanın şərqindəki Pəncab əyalətində avtobusun qəzaya uğraması və alovlanması nəticəsində ən azı 18 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, xəbəri “Reuters” Agentliyi yerli hakimiyyət orqanlarına istinadən yayıb.
Səhər saatlarında 33 sərnişini ölkənin cənubundakı Kəraçi limanından paytaxt İslamabada aparan avtobus başqa bir avtomobillə toqquşub.
Pəncabın Hafizabad rayonunun polis rəisi Fəhad Əhməd bildirib ki, avtobus və yük maşını dərhal yanıb, mini yük maşınının sürücüsü də daxil olmaqla 18 nəfər yerindəcə ölüb.
O bildirib ki, daha 16 nəfər ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, yol hərəkəti qaydalarına nadir hallarda əməl olunduğu və bir çox kənd yerlərində yolların bərbad vəziyyətdə olduğu Pakistanda ölümlə nəticələnən yol qəzaları tez-tez baş verir.
Sevinc Paşayeva,
KONKRET.az
