Pakistanda etiraz edən 67 həkim saxlanıldıbackend

Pakistanda etiraz edən 67 həkim saxlanıldı

Pakistanda son 24 saatda 577 yeni növ koronavirusa yoluxma halı qeydə alınıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bununla da ölkədəki xəstələrin sayı 3 min 918 nəfərə yüksəlib. Bu, martın 10-dan etibarən ən yüksək gündəlik artımdır. Daha 4 nəfərin ölümü ilə Covid-19 qurbanlarının sayı 54-ə çatıb. Ölənlərdən 3-ü həkimdir.

Bu səbəbdən Bəlucistan əyalətində həkimlər etiraz aksiyası keçiriblər. Onlar qoruyucu maskaların olmamasına etiraz ediblər. Etiraz edən həkimlərdən 67-si polis tərəfindən saxlanılıb.

“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*