Pakistanda leysan yağışlar nəticəsində ölənlərin sayı min nəfərə çatırbackend

Pakistanda leysan yağışlar nəticəsində ölənlərin sayı min nəfərə çatır

İyunun 14-dən bu günə kimi Pakistanda davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 982 nəfərə yüksəlib, daha 1 456 sakin yaralanıb.

Bu barədə KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Yağışlar nəticəsində 802 min 582 heyvan tələf olub, 682 min 139 evə ziyan dəyib.

Çadır şəhərciklərinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib.

Bəlucistan əyalətində 6 bənddə iri çatlar nəticəsində bir çox bölgələrdə daşqınlar baş verib.

Hayber-Paxtunxva əyalətinin müxtəlif bölgələrində baş verən daşqın internet xidmətlərində fasilələrə səbəb olub.

Güclü yağış səbəbindən Pakistan-Əfqanıstan sərhədindəki Çaman sərhəd keçid məntəqəsi müvəqqəti bağlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*