Pakistan hökuməti İranla gərginliyin artması ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Komitənin iclasına baş nazir Ənvər ül Haq Kakar sədrlik edir. Həmçinin, ölkənin taleyüklü məsələsi Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və ölkənin kəşfiyyat xidmətlərinin rəhbərləri ilə müzakirə olunur.
Xatırladaq ki, İranla gərginliyin artması səbəbindən Pakistan hökumətinin başçısı Davos Forumundan yarımçıq qayıdıb.
Vəli Həsənov,
KONKRET.az
