Pakistanın Baş naziri Türkiyəyə gəlirbackend

Pakistanın Baş naziri Türkiyəyə gəlir

Pakistanın Baş naziri Şahbaz Şərif Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Noyabrın 25-də başlayacaq səfər 2 gün davam edəcək.

Şərif İstanbul Gəmiqayırma Zavodunda Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən hərbi gəminin istismara verilməsi mərasimində iştirak edəcək.

Şahbaz və Ərdoğan ikitərəfli münasibətlər, regional vəziyyət və ümumi maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*