Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcəkbackend

Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə rəsmi səfər edəcək.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, iki günlük səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.

Keçiriləcək görüşdə iki ölkə arasında münasibətlər, əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları müzakirə ediləcək.

Tərəflər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparacaqlar.

Xatırladaq ki, Ş. Şərif aprelin 11-i Pakistanın Baş naziri təyin olunub. 70 yaşlı siyasətçi Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifin qardaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*