Pakistanlı mühəndis: Bakının Dənizkənarı Bulvar ərazisi ekoloji və davamlı şəhərsalmaya çox gözəl bir nümunədirbackend

Pakistanlı mühəndis: Bakının Dənizkənarı Bulvar ərazisi ekoloji və davamlı şəhərsalmaya çox gözəl bir nümunədir

Gələcək davamlı şəhərlərinin qurulmasında yaşıl həllərdən geniş istifadə olunmalı, yəni ətraf mühitə mənfi təsirləri minimuma endirən ekoloji şəhərsalma və memarlıq yanaşması tətbiq olunmalıdır. Bakının Dənizkənarı Bulvar ərazisinə baxdıqda burada salınmış geniş yaşıllıqlar ekoloji və davamlı şəhərsalmaya çox gözəl bir nümunədir.

KONKRET.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiysında (WUF13) iştirak edən Pakistandan olan mühəndis Əli İmran deyib.

O bildirib ki, bu gün bütün dünyada ekoloji cəhətdən dayanıqlı və davamlı şəhərlərin inkişafı üçün mənzil əlçatanlığının təmin olunması da çox vacibdir.

“Şəhərsalma və nəqliyyat isə bir-biri ilə çox sıx bağlı olan mövzulardır. Şəhər nəqliyyatının düzgün idarə edilməsi tıxacların azaldılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və sakinlərin rahatlığı üçün kritik əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*