Palmirada kütləvi məzarlıq tapıldıbackend

Palmirada kütləvi məzarlıq tapıldı

Suriya hökuməti Palmira şəhərində İŞİD terroru qurbanlarının kütləvi məzarlığını aşkar edib.

KONKRET.az xəbər verir ki, bu barədə “İxbariyə” telekanalı məlumat yayıb.

“Palmiradakı tarixi amfiteatrın yanında səlahiyyətli orqanlar İŞİD yaraqlıları tərəfindən edam edilmiş mülki vətəndaşların və əsgərlərin kütləvi məzarlığını aşkar ediblər”, – deyə bildirilib.

Məlumata görə, 12 nəfərin cəsədi eksqumasiya edilib, şəxsiyyəti müəyyənləşdirildikdən sonra yaxınlarına təhvil veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*