PARİS-2024: İdmançımız növbəti mərhələyə keçdibackend

PARİS-2024: İdmançımız növbəti mərhələyə keçdi

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

KONKRET.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində üçüncü yeri tutub.

O, məsafəni 7 dəqiqə 52,53 saniyəyə qət edib.

Beləliklə, Dımçenko 1/4 finala vəsiqə qazanıb. Bu raund iyulun 29-da gerçəkləşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*