Paris İranın nüvə proqramı ilə bağlı narahatdır – Makronbackend

Paris İranın nüvə proqramı ilə bağlı narahatdır - Makron

Fransa prezidenti Emmanuel Makron MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşündə bölgədəki gərginlik fonunda Parisin İranın nüvə proqramının inkişafından narahat olduğunu qeyd edib.

KONKRET.az xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.

“Fransa regional qeyri-sabitlik kontekstində İranın nüvə proqramının hazırkı trayektoriyasından narahatdır”, – Makron deyib.

Sonda Makron və Qrossi vurğulayıblar ki, Tehran MAQATE ilə tam əlaqə saxlamalı və beynəlxalq ictimaiyyəti İranın nüvə proqramının dinc xarakter daşıdığına əmin etməlidir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*