“Parlament təcili buraxılmalı, millətin və dövlətin dərdini çəkən deputatlar seçilməlidir” – Partiya sədribackend

“Parlament təcili buraxılmalı, millətin və dövlətin dərdini çəkən deputatlar seçilməlidir” – Partiya sədri 

Milli Məclisin deputatlarına verilən bəzi pul təminatları ləğv edilib. Eyni zamanda deputatların maaşlarının artırılması ilə bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi qəbul olunub. Qanuna dəyişikliklə ləğv edilən bu məbləğlər deputatların maaşlarının üzərinə əlavə ediləcək. Bu məsələ cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir çox insanlar Milli Məclisdə təmsil olunan deputatların əksəriyyətinin biznesmen olduğunu və onların heç maaşa ehtiyac duymadığını dilə gətiriblər. Bu nöqteyi nəzərdən ləğv edilən əlavələrin onların maaşlarının üzərinə hesablanmasını doğru saymayıblar.

Mövzu ilə bağlı KONKRET.aza açıqlama verən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Milli Məclis üzvlərinin əksəriyyəti təyin edilən adamlardır: “Ramiz Mehdiyevin mandat alveri məsələsindən hər kəs xəbərdardır.  İndi də bu deputatlar xalqı düşünmək əvəzinə öz maaşlarının dərdini çəkirlər. Heç onların çoxunun maaşa da ehtiyacı yoxdur. Məsələn biri elektronika sahəsində monopoliyanı ələ alıb, digəri aptek şəbəkələri ilə tanınır və sairə. Yəni parlament üzvlərinin böyük əksəriyyəti oliqarxlardır. Təbii ki, Milli Məclisdə xalqını düşünən ləyaqətli insanlar da var. Ancaq onlar barmaqla sayılacaq qədərdir. Amma əksəriyyəti müəyyən məmur təbəqəsi və nazirlərlə birləşib ölkəni və dövləti talan etməklə məşğuldur. Ona görə də, hesab edirəm ki, parlament təcili buraxılmalıdır. Millətin və dövlətin dərdini çəkən deputatlar seçilməlidir”.

Hafiz Hacıyev xəstəxanaya yerləşdirildi

Hafiz Hacıyevin sözlərinə görə, bir çox millət vəkilləri heç vaxt dövləti düşünməyib: “Əgər düşünsəydilər, o zaman maaşlarını artırmaq əvəzinə, həmin əlavələri müharibə qəhrəmanlarına, şəhid ailələrinə xərcləyərdilər. Amma nə etmək olar ki, Azərbaycan xalqının taleyinə Ramiz Mehdiyevin təyin etdiyi bu cür deputatlar düşüb”.

Partiya sədri əlavə edib ki, ölkədə referendum keçirilməlidir: “Müəyyən dəyişikliklər olmalıdır. Prezidentin Qarabağda Xüsusi Nümayəndəsi təyin edilib. Bu sistem özünü doğruldur. Ona görə də, həmin sistemə keçid olmalıdır. Eləcə də, parlament buraxılmalı, proporsional seçki sisteminə keçid baş verməlidir. Daha sonra isə yeni seçki keçirilməlidir. Belə olsa ölkədə qalxan siyasi hərarət pik həddə çatmaz”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

  • Hatəm Rəhimov
    İyul 5, 2022 - 03:12

    Halla olsun Hafiz Müəllimə bəyənirəm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*