“Partiyaların reyestr məsələsi ümumiyyətlə ləğv olunmalıdır” – Partiya sədri yeni dəyişikliklərdən DANIŞDIbackend

“Partiyaların reyestr məsələsi ümumiyyətlə ləğv olunmalıdır” – Partiya sədri yeni dəyişikliklərdən DANIŞDI

Azərbaycanda siyasi partiyaların təsis edilməsi, dövlət qeydiyyatına alınması və üzvlərinin sayı ilə bağlı yeni həddlərin müəyyən edilməsi istiqamətində qanuna dəyişikliklər olunub və bir sıra yumşalmalar həyata keçirilib. Layihəyə əsaəsn 10 min üzvün olmasına dair tələb azaldılaraq 5 minə çatdırılıb. Bundan başqa Azərbaycanda artıq 50 nəfər birləşərək siyasi partiya təsis edə biləcək. Yeni layihəyə əsasən üzvlərinin sayı 4500-dən aşağı olan siyasi partiyalar ləğv olunmaq təhlükəsi ilə üz-üzə qalacaq.

Bəs görəsən bu dəyişikliklər partiya rəhbərləri tərəfindən necə qarşılanır?

Mövzunu KONKRET.az-a şərh edən AĞ partiya sədri Tural Abbaslı bildirib ki, tələb olunan dəyişikliklərdə daha çox rəqəmlər azaldılıb, ama müddət artırılıb: “Hesab edirəm ki, bu addım qaneedici deyil. Doğrudur, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün sayı 5 minə endiriblər. Amma burada mahiyyət dəyişmir. Çünki reyestr məsələsində say önəmli deyil. İnsanların öz şəxsi məlumatlarının dövlət orqanlarına verilməsindən çəkinməsi xüsusi əhəmiyyət daşıyır. İnsanlar təzyiqlərin olacağından qorxduqları üçün şəxsi məlumatlarının reyestrə daxil edilməsindən çəkinirlər. Biz artıq üzvlərimizə müraciət etmişik. Onların üçdəikisi şəxsi məlumatlarının verilməsinin əleyhinə olduqlarını bildiriblər. Ona görə də biz şəxsən qorxub-çəkinməyən üzvlərimizin məlumatlarını toplayırıq. Üstəlik ildə bir dəfə bu siyahının yenilənərək təqdim edilməsi partiyanın işini daha da qəlizləşdirir”.

Tural Abbaslı: "III Qarabağ müharibəsi istənilən anda başlaya bilər" - ÖZƏL  - en son xeberler 2022, xeberler bu gun 2022

Partiya sədrinin sözlərinə görə, reyestr məsələsi ümumiyyətlə ləğv olunmalıdır: “İkinci oxunuşdan sonra ola bilər ki, qanuna yenidən düzəlişlər etsinlər. Çünki dinləmələr olmalıdır və yenidən partiyalar bir araya gəlməlidir. Hər halda həmin dinləmələrdə bu barədə fikir səsləndirəcəyik. Bundan sonra hansısa dəyişikliklərin edilib-edilməyəcəyini zaman göstərəcək. Amma niyyət çoxpartiyalı sistemin inkişafıdırsa, o zaman praktik partiya işi ilə məşğul olan insanların fikirləri nəzərə alınmalıdır. Əks halda nəzəriyyə ilə bu məsələləri inkişaf etdirmək mümkün deyil. Ümumilikdə bəzi yumşalmaların edilməsini müsbət hal kimi dəyərləndirmək olar. Ona görə də, partiyaların nəzarət altına alınmasından daha çox onların mövqelərinin möhkəmləndirilməsi istiqamətində təkliflər verilməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*