Partizanlar satqın merin evini partlatdılarbackend

Partizanlar satqın merin evini partlatdılar

Bu gün Rusiyanın işğal etdiyi Enerqodar şəhərində hərbi administrasiyanın rəhbəri Andrey Şevçikin yaşadığı ev yerli partizanlar tərəfindən partladılıb.

KONKRET.az xəbər verir ki, bu barədə şəhərin rəhbəri Dmitri Orlov məlumat yayıb.

Məlumata görə, partlayış şəhərin Kurçatov küçəsindəki evdə baş verib. Həmin evdə Şevçik yaşayırdı.

Partlayış zamanı Şevçik yaralanıb və xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Şevçik Müxalifət Platforması – Həyat Naminə Partiyasından deputat idi, şəhər ruslar tərəfindən işğal edilən zaman onların tərəfinə keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*