Paşinyan Almaniyada Azərbaycanla sülhdən danışdıbackend

Paşinyan Almaniyada Azərbaycanla sülhdən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi səfər çərçivəsində Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Aparatı məlumat yayıb.

Bildirilib ki, həmsöhbətlər ikitərəfli münasibətlərin gündəliyindəki məsələləri, Ermənistan-Avropa İttifaqı qarşılıqlı əlaqələrinin gələcəkdə genişləndirilməsini müzakirə ediblər. Görüşdə həmçinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və regional əhəmiyyət kəsb edən digər mövzulara da toxunulub.

Qeyd edək ki, Paşinyan sabah Hamburqa yollanacaq və orada bir neçə görüş keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*