Paşinyan: “Azərbaycan mənim BMT-dəki məğlubiyyət dolu çıxışıma heç reaksiya vermədi” – FOTObackend

Paşinyan: "Azərbaycan mənim BMT-dəki məğlubiyyət dolu çıxışıma heç reaksiya vermədi" - FOTO

Faktiki Azərbaycan Paşinyanın BMT-dəki məğlubiyyət dolu çıxışına heç reaksiya vermədi.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Twitter” mikrobloqunda yazıb.

O bildirib ki, İrəvan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıyıb-tanımaması ilə bağlı suala cavab almayıb.

“BMT-dəki çıxışımda sadə bir sual verdim: Azərbaycan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, onda sülh sazişinə getmək lazımdır. Təəssüf ki, hələlik müsbət reaksiya yoxdur. Sual budur ki, niyə?”, – Paşinyan qeyd edib.

Xatırladaq ki, BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edən Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistanın tanıyacağı xəritəni göstərməsini xahiş edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*