Paşinyan dövlətə xəyanətdə İTTİHAM OLUNA BİLƏR – Prokurorluq istintaqa təqdimat GÖNDƏRDİbackend

Paşinyan dövlətə xəyanətdə İTTİHAM OLUNA BİLƏR - Prokurorluq istintaqa təqdimat GÖNDƏRDİ

Ermənistan Baş Prokurorluğu Paşinyanın dövlətə xəyanətdə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini tələb edib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Qarabağda öldürülən erməni əsgərlərin yaxınlarının tələbini baxılması üçün istintaqa göndərib.

Belə ki, Baş nazir Nikol Paşinyanın Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən dövlətə xəyanətdə təqsirləndirilərək məsuliyyətə cəlb edilməsi tələb olunur.

Bir müddət əvvəl Ermənistanın baş prokuroru Artur Davtyan bildirib ki, Paşinyana qarşı qaldırılan bu şikayət ayrıca icraata götürülməməli, 2021-ci ildə keçmiş prezidentin ifadəsi əsasında başlanmış cinayət işinin tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

Ermənistan baş naziri Nikol Paşinytana CM-nin aşağıdakı bəndləri ilə ittiham irəli sürülməsi tələb olunub:
–  299-cu maddənin 1-ci hissəsi (dövlətə xəyanət),
– 308-ci maddənin 2-ci hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə),
– 309-cu maddənin 3-cü hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə).

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*