Paşinyan “Əl-Cəzirə”nin jurnalistinin Qarabağla bağlı sualını CAVABSIZ QOYDUbackend

Paşinyan “Əl-Cəzirə”nin jurnalistinin Qarabağla bağlı sualını CAVABSIZ QOYDU

“Qarabağın bütün ərazisinin Azərbaycana keçməsinə qərar veriləndə mövqeyiniz necə olacaq?” sualına Paşinyan cavab verməyib.

KONKRET.az xəbər verir ki, bu sualı “Əl-Cəzirə” telekanalının jurnalisti ER baş naziri Nikol Paşinyana müsahibəsi zamanı verib.

“Demarkasiya komissiyası qərar versə ki, Qarabağın bütün ərazisi Azərbaycana məxsus olsun, sizin mövqeyiniz necə olacaq?”, – jurnalist sual verib.

Baş nazir cavab verib ki, demarkasiya və delimitasiya komissiyasının Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur.

“Çünki, dediyim kimi, bizim Azərbaycanla müxtəlif səviyyələrdə ünsiyyətimiz var, bunlardan biri də sərhədin demarkasiyasıdır, sərhəd təhlükəsizliyi məsələsi də bu komissiyanın mandatına daxildir, çünki biz bütün ərazi boyu sərhəddə sabitliyi və təhlükəsizliyi qorumalıyıq.

İkinci səviyyə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır.

Üçüncü səviyyə də var, bu, regional, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasıdır. Amma təbii ki, Ermənistan və Azərbaycan arasında regional sülh üçün ən aktual məsələ Qarabağ məsələsidir”, – Paşinyan yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*