Paşinyan: “Ermənistan və Türkiyə arasında yüklərin daşınması məsələsi tezliklə HƏLL EDİLMƏLİDİR”backend

Paşinyan: "Ermənistan və Türkiyə arasında yüklərin daşınması məsələsi tezliklə HƏLL EDİLMƏLİDİR"

Paşinyan Ermənistandan Türkiyəyə və geriyə yüklərin daşınması məsələsini tezliklə həll etməyi tapşırıb.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə  Nikol Paşinyan hökumətin iclasında deyib. Baş nazir Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların tezliklə həyata keçirilməsini istəyir.

Paşinyan bəyan edib ki, aidiyyatı idarələrə Ermənistandan Türkiyəyə və geriyə yüklərin daşınması məsələsini həll etməyi tapşırıb.

Paşinyan qeyd edib ki, idarələr bütün məsələləri Türkiyə tərəfi ilə birgə işləməlidir.

Sazişlərin praktikada həyata keçirilməsi də bundan asılıdır.

Xatırladaq ki, Vyana görüşü zamanı xüsusi nümayəndələr üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması və birbaşa hava yüklərinin daşınmasına başlanması barədə razılığa gəliblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*