Baş nazir Nikol Paşinyanın Ermənistan ruhaniləri ilə uzun müddətdir davam edən münaqişəsi pik həddə çatıb.
KONKRET.az bildirir ki, “Armenia Daily” qəzetinin məlumatına görə, Paşinyan Hatis dağında planlaşdırılan nəhəng İsa Məsih heykəlinin tikilməsini qadağan etmək qərarına gəlib.
Baş nazirin layihənin sponsoru, müxalifətdəki Çiçəklənən Ermənistan partiyasının lideri Qaqik Tsarukyana qarşı məhkəmə iddiası qaldırdığı da bildirilir. Tsarukyan “torpaqdan sui-istifadə”də ittiham olunur.
Paşinyan administrasiyasının layihə ilk dəfə təsdiqlənərkən səssiz qaldığı bildirilir.
Erməni xristianları üçün tikintinin dayandırılması Paşinyanın Ermənistan Apostol Kilsəsi ilə müharibəsində daha bir epizodu kimi qəbul edilir. Onlarla ruhani həbs edilib. “Armenia Daily” qəzeti yazır ki, dünyada İsa Məsihin ən hündür heykəli olacaq abidənin tikintisinə qoyulan qadağa təkcə kilsə üçün deyil, həm də Paşinyanın siyasi müxalifətinin liderləri üçün açıq bir siqnaldır.
Müşviq Tofiqoğlu
KONKRET.az
