Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sessiyasında və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar verməyib.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Baş nazir iclasın keçirilmə vaxtı yaxınlaşdıqda qərar verəcək. Hazırda bu məsələ ilə bağlı heç bir aydınlıq yoxdur.
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lərdə dekabrın 25-26-da Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda Aİİ İqtisadi Şurasının və MDB Rəhbərləri Şurasının iclasında iştirak edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.
Rəsmiyyə Şərifova,
KONKRET.az
