Paşinyan İrakli Qaribaşviliyə zəng etdibackend

Paşinyan İrakli Qaribaşviliyə zəng etdi

Ermənistanın Baş naziri Nikol Paşinyanla gürcüstanlı həmkarı İrakli Qaribaşvili arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər Gürcüstan-Ermənistan gündəliyinin müxtəlif məsələlərini müzakirə ediblər.

Nikol Paşinyan gürcüstanlı həmkarını oktyabrın 31-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə baş tutmuş üçtərəfli görüşünün nəticələri barədə məlumatlandırıb.

Bundan əlavə, Qaribaşvili və Paşinyan regional əməkdaşlıq, eyni zamanda cari məsələlərə dair fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*