Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilirbackend

Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir

Bəzi məlumatlara görə, Nikol Paşinyan və onun xain rejiminin nümayəndələri Ermənistanın Ararat (Vedi rayonu) bölgəsinin Tiqranaşen (Kərki) qəsəbəsinə daimi və ya müvəqqəti yaşamaq üçün köçürülməni gizli şəkildə qadağan ediblər.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri xalq hərəkatının fəallarından olan Mika Badalyan səsləndirib. O bildirib ki, son bir neçə gün ərzində Ermənistan mediası Nikol Paşinyan rejiminin Kərki kəndi də daxil olmaqla Azərbaycan tərəfinə bir sıra ərazilərin güzəştə gediləcəyini fəal müzakirə edir. Badalyan vurğulayıb ki, Paşinyanın satqın əlaltıları, o cümlədən onlara bağlı bir çox məşhur teleqram kanalları yayılan bu məlumatları inadla inkar edirlər.

Müşviq Tofiqoğlu

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*