“Paşinyan məğlubiyyət, rüsvayçılıq və alçaldılma simvoludur, o, yeni məğlubiyyətlər gətirəcək” – Abramyanbackend

"Paşinyan məğlubiyyət, rüsvayçılıq və alçaldılma simvoludur, o, yeni məğlubiyyətlər gətirəcək" - Abramyan

“Paşinyan məğlubiyyət, rüsvayçılıq və alçaldılma simvoludur, onun iştirakı yeni məğlubiyyətlər gətirəcək”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Ermənistanın şərq sərhədindəki hazırkı vəziyyət və onun miqyasının mümkün genişlənməsi ehtimalı var. Yəqin ki, Azərbaycan sərhəd xəttinin müxtəlif hissələrində  hazırlıq işləri aparır, qoşun və hərbi texnikanın yığır. Müdafiə Nazirliyi bu səhər üçüncü əsgərimizin ölümünü təsdiqlədi, iki yaralımızın olduğunu bildirdi”, – Abramyan yazıb.

Daha sonra o, hakimiyyətin gücsüzlüyündə, zəifliyində Paşinyanı günahlandırıb.

“Ermənistan hakimiyyətinin məğlubiyyətçi mövqeyi və təslim olmağa hazır olması ölkəmizi regionun ən zəif bəndinə çevirib və nəticədə, hətta bizə aidiyyatı olmayan məsələlərin həlli şəraitində belə Ermənistan daima “məğlubiyyət” statusunda qurban olacaq.

Nikol Paşinyan məğlubiyyət, rüsvayçılıq və alçaldılma simvoludur, onun hazırkı statusda olması bizə yeni məğlubiyyətlər gətirəcək”, –  Abramyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*