Nikol Paşinyan bildirib ki, iyulun 6-da Yekaterinburqda rusiyalı həmkarı ilə keçirilən görüş zamanı Ermənistan məhsullarının Rusiyaya idxalına tətbiq olunan məhdudiyyətlərlə bağlı bəzi razılıqlar əldə edilib.
KONKRET.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, görüş açıq, səmimi və dostluq şəraitində keçib.
“Rusiya Baş naziri ilə açıq, səmimi və dostluq şəraitində müzakirə apardıq. Bir sıra razılıqlar əldə olunub. Hələlik bu razılaşmaların təfərrüatlarını açıqlamayacağam. Onların reallaşmasını gözləyəcəyəm ki, nəticələri özünüz görə biləsiniz”, – deyə Paşinyan brifinqdə bildirib.
O, əldə olunan razılaşmaların detalları barədə əlavə məlumat verməyib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
