Ermənistanın baş naziri Nikol Paşinyan “Güclü Ermənistan” partiyasının lideri, sahibkar Samvel Karapetyana qarşı məhkəmə iddiası qaldırıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.
Səbəb sahibkarın ölkə liderinin Çindən təxminən bir ton halüsinogen göbələk gətirdiyi barədə açıqlaması olub.
“Necə belə açıqlamalar vermək olar? Bu, ciddi bir insanın açıqlamalarıdır? Məhkəməyə müraciət edəcəyim barədə bir kəlmə söz dedim, dizləri titrəməyə başlayır və deyir: “Yox, mən belə deməmişəm, başqa cür demişəm”, – deyə Paşinyan bildirib.
