Paşinyan: “Qarabağ münaqişəsinə dini xarakter vermək cəhdləri qəbuledilməzdir”backend

Paşinyan: "Qarabağ münaqişəsinə dini xarakter vermək cəhdləri qəbuledilməzdir"

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan dünən axşam İordaniyanın xarici işlər və mühacirlərlə iş üzrə naziri Ayman Səfadi ilə görüşü zamanı söyləyib ki, “müxtəlif beynəlxalq məkanlarda bu konteksdə təqdim edərək, Dağlıq Qarabağ münaqişəsinə dini bir xarakter vermək yolverilməzdir”.

Mənbənin sözlərinə görə, Paşinyan və Səfadi regional problemlərə də toxunublar, sabitliyin və təhlükəsizliyin təmin olunmasının və münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Baş nazir İordaniya hökumətinə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı neytral mövqeyinə görə təşəkkür edib.

Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də qeyd ediblər. Bununla yanaşı, Baş Nazir iqtisadi əlaqələrin dərinləşdirilməsinin və informasiya texnologiyaları, səhiyyə və turizm də daxil olmaqla müəyyən sahələrdə ortaq investisiya proqramlarının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Bir cavab yazın