Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədibackend

Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess World Championship Tour Pilot 2026” turnirinin qrup mərhələsində ilk görüşlərinə çıxıb.

KONKRET.az xəbər verir ki, C qrupunda mübarizə aparan qrosmeyster erməni şahmatçı Hayk Martirosyanla qarşılaşıb.

İki şahmatçı arasında keçirilən görüşlər 1:1 hesabı ilə yekunlaşıb. İlk partiyada ağ fiqurlarla oynayan Martirosyan Məmmədyarova uduzub. Cavab görüşündə isə qara fiqurlarla mübarizə aparan erməni qrosmeyster qələbə qazanıb.

Qeyd edək ki, C qrupunda Şəhriyar Məmmədyarov və Hayk Martirosyanla yanaşı, Maqnus Karlsen, Yan Nepomnyaşi, Aniș Giri və Abhimanyu Mişra da yer alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*