Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Paşinyan Avropa İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının Almatı şəhərində keçiriləcək iclasında iştirak edəcək.
Qeyd olunub ki, Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 2-də Qazaxıstana yola düşəcək.
Həmçinin o da əlavə olunub ki, AİB üzv olan bütün ölkələrin hökumət başçıları keçiriləcək iclasda iştirak edəcək.
